Ballı Tort
・・・
SUPER DADLI BALLI TORT
Tərkibi:
Xəmir üçün:
4 ədəd yumurta
1.5 st. şəkər tozu
150 qr yağ
3 x.q. süd
2 x.q. bal
1 ç.q. soda
0.5 ç.q. alma sirkəsi
un (apardığı qədər)
Krem üçün:
2 st. süd,
3 x.q. un,
1 ədəd yumurta,
1.5 st. şəkər tozu,
1 paket vanil,
150 qr yağ,
3 x.q. qatılaşdırılmış süd
Ballı Tort
Hazırlanması:
Əvvəlcə kremi hazırlayırıq. Krem üçün yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Üzərinə un və vanil əlavə edib, mikserlə çalmağa davam edirik. Ardınca süd əlavə edib, az odda qatılaşana kimi bişiririk. Soyuduqdan sonra yumuşalmış yağı mikserlə ağarana kimi çalıb, üzərinə bişmiş kremdən az-az əlavə edirik. Son olaraq qatılaşdırılmış süd əlavə edib, tam krem halını alana kimi mikserlə çalmağa davam edirik.
Xəmiri hazırlamaq üçün əvvəlcə yumurta, şəkər tozu, yağ, süd və balı bir qaba tökürük. Qazanda qaynayan suyun buxarının üzərinə qoyub, qarışdıraraq isinənə kimi saxlayırıq. İsindikən sonra buxardan götürüb, soda və alma sirkəsi tökürük və qarışdırırıq. Son olaraq un əlavə edib, yumşaq xəmir yoğururuq. Xəmirdən eyni ölçülü 10 ədəd və 1 ədəd balaca(ovuntu üçün) kündə tuturuq. Bütün kündələri yayıb, sıra ilə sobada bişiririk.
Bişirdiyimiz korjların üzərinə krem çəkib, üst-üstə yerləşdiririk. Ən üst qatda kremdən sonra ovuntu səpirik. Üzərini zövqə görə bəzəyə bilərsiniz.
Ballı Tort
Reviewed by Feridenin Dünyası
on
21:29
Rating: